25 08 2025-cu il Bakı 30 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

“Wizz Air” müharibədən qaçan ukraynalılara pulsuz bilet təklif edir

02.03.2022

Macarıstanın aşağı büdcəli aviaşirkəti "Wizz Air” müharibədən qaçan ukraynalılara 100 min pulsuz bilet vermək qərarına gəlib.

Polşa, Macarıstan, Rumıniya və Slovakiyadan uçuşlar üçün biletlər şirkətin şəxsi səhifəsindən bron edilməlidir.

"Wizz Air” ukraynalı qaçqınların harada olmalarından asılı olmayaraq, təyinat yerlərinə çatmalarına kömək etməyə sadiqdir. Buna görə də biz mart ayında Ukraynanın qonşu ölkələrindən (Polşa, Slovakiya, Macarıstan və Rumıniya) qısamüddətli uçuşlarda 100 000 pulsuz yer təmin edirik”, - deyə aviaşirkət bildirib.

Mənbə: Eurointegration.com.ua