28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Aqutin çağırış etdi: 6 dəhşətli gün…

02.03.2022

Məşhur rusiyalı müğənni Leonid Aqutin Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən yazıb.

 Sənətçi nə Rusiya xalqına, nə də Rusiya Prezidentinə müraciət etmədən tərəfləri dialoqa çağırıb.

"6 gün qorxu və çaşqınlıq. 6 gün dəhşət və faciə. Mən həmişə vətənpərvər olmuşam. Siyasi şüarlar demək, vəziyyəti təhlil etmək fikrində deyiləm. Bütün bunlar keçmişdə qaldı. Dua edirəm - müharibəni dayandırın! Razılaşın! Hər yeni gün bizim oğlanların, Ukrayna vətəndaşlarının yeni ölümləri, hər iki tərəfdən milyonlarla parçalanmış talelər, onların ağrıları, inciklikləri, qorxuları və alçaldılması deməkdir. Siyasi mübarizə üçün başqa yol tapmaq lazımdır”, - Aqutin bildirib.