29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

KİV: “Lavrovun Cenevrədəki çıxışı bir sıra Qərb nümayəndələri tərəfindən boykot edilib”

01.03.2022

Cenevrədə tərksilaha dair beynəlxalq konfransda Rusiyanın xarici işlər naziri Serqey Lavrovun çıxışının yayımı zamanı bir sıra Qərb nümayəndə heyəti boykot əlaməti olaraq zalı tərk edib.

Bu barədə "Frans-Press” agentliyi xəbər verib.

"Diplomatlar Lavrovun öncədən lentə alınmış çıxışının əvvəlində nümayişkaranə şəkildə zalı tərk ediblər”, - deyə məlumatda bildirilir.

Agentlik əlavə edib ki, rusiyalı naziri dinləmək üçün konfrans zalında qalanlar arasında Yəmən, Əlcəzair, Venesuela, Suriya və Tunisdən olan nümayəndə heyətləri olub.