Rus əsgərin hücumdan öncəki şok yazışması - Foto  
    
                          
     
                         01.03.2022
 
    
                        Kiyevdə baş verən döyüşlərdə öldürülən rus əsgərinin telefon yazışmaları yayılıb.
Bu barədə Ukrayna Patrul Polis İdarəsinin rəisi Yevgeni Jukov Feysbuk səhifəsində yazıb.
Yazışmada rus əsgərinin 15-16 fevral tarixlərində Ukraynaya girəcəkləri barədə şayiə yayıldığını bildirir. Bacısına deyir ki, müharibə qısa çəkəcək.
Əsgərin sevgilisinin sözləri isə qəzəb doğurub. Belə ki, sefgilisi əsgərə ukraynalılara "rəhmin gəlməsin” deyib, çünki "onların da sənə rəhmi gəlməyəcək”.
 