28 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya Ermənistanda qazın qiymətini artırır

01.03.2022

Ermənistana qaz ixrac edən yeganə qurum - Rusiyanın "Qazprom” şirkəti Ermənistanda mavi yanacağın qiymətini qaldırıb.

Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının mətbuat xidmətinin məlumatına görə, Ermənistanda təbii qaza yeni tariflər müəyyən edilib.

2022-ci il aprelin 1-dən bütün istehlakçılar üçün vahid tarif tətbiq ediləcək; qazın qiyməti 1 000 kubmetr üçün 266.71 ABŞ dollarından 282.6 ABŞ dollarına, yəni 6 faiz qalxacaq.

"Qazprom” ASC Ermənistana daxili istehlak üçün yeganə qaz tədarükçüsüdür. Rusiya mavi yanacağının Ermənistandakı istehlakçılara çatdırılmasını Gürcüstan ərazisindən tranzitlə "Qazprom Ermənistan” vasitəsilə həyata keçirir.

Mənbə: Novosti-Armeniya