02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Növbəti sammit Azərbaycanda keçiriləcək

03.09.2018

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) növbəti sammiti Azərbaycanda keçiriləcək.
Report-un xəbərinə görə, bunu jurnalistlərə Türk Şurasının baş katibi Bağdad Həmrəyev Qırğız Respublikasının şimalındakı Çolpon-Ata şəhərində keçirilmiş zirvə görüşünün nəticələrini şərh edərkən bildirib.
O, bununla belə, növbəti sammitin tarixini açıqlamayıb.
B.Həmrəyev deyib ki, bu gün Qırğız Respublikasında keçirilən zirvə görüşündə Türk Şurasına üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.
Xatırladaq ki, Türk Şurasına Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə daxildir.