27 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlılar Xarkovda imdad diləyir - Video

01.03.2022

Azərbaycanlılar Ukraynanın Xarkov şəhərindən təxliyə oluna bilmirlər.

Bu barədə Xarkovda oxuyan tələbələrdən biri müraciət ünvanlayıb.

Onun sözlərinə görə, hazırda bir qrup azərbaycanlı Xarkov vağzalında təxliyə edilmələrini gözləyir.

O bildirib ki, Azərbaycanın Ukraynadakı konsulluğu və səfirliyi telefon zənglərinə cavab vermir və vətəndaşlar çarəsiz vəziyyətdə qalıb.

Qeyd edək ki, az öncə Xarkovda konsulluğumuzun yaxınlığına da raket düşüb. Hazırda Kiyev də raketlərlə vurulur, diplomatlarımızın özünün təhlükəsizliyi sual altındadır. Vəziyyətlə bağlı Azərbaycan XİN vətəndaşlarımızın Ukraynadan çıxarılmasında Türkiyədən yardım istəyib.

Hava məkanı bağlandığı və müharibə getdiyi, rəsmi strukturlar yalnız müharibə ilə məşğul olduğu üçün insanların təxliyəsində ciddi problem var.