09 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çox süd içmək xəstəlik yaradır: EKSPERT

02.02.2018

Dövran Media Zelv.ru-ya istinadən məlumat verir ki, süd oynaq xəstəlikləi olan
insanlara mənfi təsir göstərir. Amerikalı tədqiqatçılar bütün süd həvəskarlarına
xəbərdarlıq edirlər: Südün müntəzəm olaraq icilməsi romatoid artritinin yaranma
riskini artırır. Bu barədə mütəxəssislərin tədqiqatına istinadən Daily Mail nəşri
xəbər verir. Bundan başqa, mal ətinin tez-tez işlədilməsi də artritin yaranmasına
gətirib çıxarır. Mütəxəssislər öz tədqiqatları ücün 100 nəfərdən cox insanın qanını
analiz etdikdən sonra aşkar etmişlər ki, süddə və mal ətində tapılmış bakteriyaların
ştammı oynaq xəstəliklərinə məruz qalanların ağrılı vəziyyətini daha da
sürətləndirir. Bir çox alimin sümüklər üçün südün faydaları barədə danışmasına
baxmayaraq, romatoid artritə meylli insanların müntəzəm istifadəsi sağlamlıqlarına
mənfi təsir göstərəcəyi istisna deyil. Xəstəlik ən çox əllərin, biləklərin və dizlərin
birləşməsinə təsir göstərir.