29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukrayna Müdafiə Nazirliyi son durumu açıqlayıb

01.03.2022

"Düşmənin Vasilkiv və Brovarıya qarşı hava hücumu zamanı Ukrayna qırıcılarının pilotları iki Rusiya təyyarəsini vurublar".

Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. 

"S-300" zenit-raket diviziyaları isə 3 təyyarəni məhv ediblər. Beləliklə, düşmənin 5 təyyarəsi zərərsizləşdirilib. Onlar "Su-30" və "Su-35" təyyarələridir. Həmçinin "Buk M-1" zenit-raket kompleksi Kiyev yaxınlığında düşmən helikopterini vurub.

Ukraynanın "Su-25" hücum təyyarələri Kiyev və Jitomir vilayətlərində zirehli texnikaya və düşmən canlı qüvvəsinə bir neçə raket və bomba zərbəsi endirib. Bombardmançı təyyarələr də uğurla işləyib.

Hərbi Hava Qüvvələrinin "Su-24m" təyyarəsi Çerniqov vilayətində və Berdyansk yaxınlığında tank sütunlarına, mexanikləşdirilmiş texnikanınsütunlarına, yanacaq və sürtkü yağları olan motor karvanlarına ən azı dörd dağıdıcı bomba zərbəsi endirib. Bayraktar TB ekipajları da xüsusi fəaliyyət göstərib”, - nazirlikdən bildirilib.