04 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kiyevdə yeraltı keçiddə qalan azərbaycanlı tələbələr başqa şəhərə köçürüldü - RƏSMİ

28.02.2022

"Ukraynanın paytaxtı Kiyevdə yeraltı avtomobil dayanacağında qalan doqquz Azərbaycan vətəndaşı başqa şəhərə - Vinnitsaya yola düşüb”.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı bildirib.

O deyib ki, neçə gündür avtodayanacaqda çətin vəziyyətdə qalan doqquz azərbaycanlı tələbə nəhayət ki, Kiyevdən digər bir şəhərə yola düşüb:

"Onlarla yanaşı başqa bir tələbə də Kiyevdən köçürülüb. Onların sağ-salamat Azərbaycana gələcəyini gözləyirik”.

Qeyd edək ki, bir neçə gün əvvəl doqquz tələbə Kiyevdə yeraltı avtomobil dayanacağında gizləndiklərini, yerlərinin soyuq olduğunu və qida ehtiyatlarının olmadığını bildirmişdilər.