06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ən ağır döyüşlər bu şəhərlərdə gedir - Kirilenko

28.02.2022

Donetsk vilayətində yaralıların sayı sürətlə artır.

"DM" xəbər verir ki, bunu Donetsk vilayət administrasiyasının rəhbəri Pavel Kirilenko deyib.

Onun sözlərinə görə, ən qaynar nöqtələr Donetskin Volnovaxo və Mariupol şəhərləridir.

"Bu şəhərlər uğrunda döyüşlər gedir. Mən humanitar yardımın, dərmanların, ərzaqların, Volnovaxaya suyun çatdırılması, eləcə də sakinlərin təxliyəsi üçün yaşıl dəhlizin yaradılması üzərində işləyirəm”, - Kirilenko bildirib.

Kirilenko qeyd edib ki, fevralın 27-dən 28-nə keçən gecə ruslar Donetsk vilayətində biri uşaq olmaqla 3 nəfəri öldürüb, 32 nəfəri isə yaralayıb:

"Mariupolda isə 1 uşaq ölüb, 15 nəfər yaralanıb. Sartanda 2 ölü, 5 yaralı, Volnovaxada 11 yaralı, Lebedinski də 1 yaralı var”, - Kirilenko bildirib.