06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Google” Rusiya dövlət mediasına qarşı sanksiyalar tətbiq edir

28.02.2022

"Google” korporasiyası Rusiyada dövlət mediasının monetizasiyasını dayandırmaq qərarına gəlib. Şirkət bildirib ki, hökumət tərəfindən maliyyələşdirilən Rusiya mediası üçün xidmətlərində reklam yerləşdirməyi müvəqqəti qadağan edir.

"Ukraynadakı müharibəyə cavab olaraq, "Google”un platformalarında Rusiya dövlət mediasının monetizasiyasını dayandırırıq. Biz yeni hadisələri fəal şəkildə izləyirik və lazım gələrsə, əlavə addımlar atacağıq”, - deyə şirkətdən bildirilib.

Bundan əvvəl "YouTube” videohostinqi Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisində keçirdiyi xüsusi hərbi əməliyyatla əlaqədar bir sıra Rusiya kanallarının monetizasiyasını əngəllədiyini bildirib. Həmçinin "Facebook” və "Instagram” sosial şəbəkələrinin sahibi olan "Meta” tərəfindən də Rusiya mediasının monetizasiyası qadağan edilib.

Mənbə: TASS