03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Belarusda danışıqlar nəticə verəcəkmi? - Ekspert

28.02.2022

Bugünkü görüş heç bir nəticə verməyəcək. Çünki görüşdən qabaq Rusiyanın irəli sürdüyü tezislər nəticə əldə olunmasına imkan vermir. Rusiyanın şərtləri Ukraynanın heysiyyatına toxunur.

Bu sözləri politoloq Qabil Hüseynli Rusiya-Ukrayna nümayəndələrinin Belarusda baş tutacaq görüşü barədə danışarkən deyib.

"Şoyqunun Kiyevlə bağlı təlimatı iflasa uğradı. 5 gün ərzində Rusiya ordusu cəbhədə bir dənə də olsun diqqətçəkən uğur əldə etməyib. Əksinə, çox böyük itkilər verir. Hətta kadırovçular da qısa müddətdə Ukrayna ordusu tərəfindən darmadağın edildi. Ukrayna xalqının mərd şəkildə döyüşməsi dünyanın diqqətini özünə çəkdi, yardımların sayı artdı. Dünyada güclü ordu kimi tanınan rus ordusunun zəifliyi üzə çıxdı. Rusiya üçün vəziyyət kritikdir”, - politoloq bildirib.

Q.Hüseynli qeyd edib ki, hazırda Rusiya böyük rüsvayçılıq qarşısındadır:

"Rusiyanın nüvə başlıqlı döyüş raketlərini hazır vəziyyətə gətirməsi tamamən biabırçılıqdır. Bu, dünya ictimai rəyi ilə oynamaqdır. Hər kəs yaxşı bilir ki, nüvə müharibəsində heç bir dövlət qazana bilməz. Bəşəriyyət məhv ola bilər”.