Poçta saxta 1000 dollar verdi: manat aldı  
    
                          
     
                         28.02.2022
 
    
                        Sumqayıtda saxta dollar satan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə fevralın 18-də Corat qəsəbəsi ərazisində yerləşən poçt şöbəsində bir nəfərin 20 ədəd 50 ABŞ dollarlıq əskinas verərək manat alması, həmin dollar əskinaslarının isə saxta olması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş C.İsayev müəyyən edilərək saxlanılıb.
Onun saxta əskinasları verərkən Bakı şəhər sakini olan bir nəfərin şəxsiyyət vəsiqəsindən istifadə etməsi müəyyən edilib.
Araşdırma aparılır.