03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada yaşayan azərbaycanlı: “Zirzəmilər qadın və uşaqlarla doludur”

28.02.2022

"Binaların arasında silahlı əsgərlər dayanıb. Küçəyə çıxmaq çox təhlükəli hal alıb. Zirzəmilər qadınlarla, uşaqlarla doludur”.

Bunu  Ukraynanın Nikolayev şəhərində yaşayan və xırda ticarətlə məşğul olan həmyerlimiz Sabir Şirinov deyib.

Onun sözlərinə görə, dünən gecədən şiddətli atışma başlayıb, kişilər küçələrdə atəşdən yayınmağa yer axtarır:

"Zirzəmilərdə qadın və uşaqların sayı həddən artıq çoxdur. Kişilər zirzəmiyə girə bilmir, hətta girmək də istəmir. Artıq binaların arasında postlar qurulub, vəziyyət çox təhlükəlidir. Heç kim bu şəhərlə maraqlanmır. Bəlkə imkan olmur, bəlkə gələ bilmirlər, bəlkə də bizdən xəbərləri yoxdur. Amma ümid edirəm ki, gec olmadan bizim səsimizi eşidərlər”.