02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rus ordusu Ukraynanın bu rayonunu ələ keçirdi

28.02.2022

Ukraynanın Berdyansk rayonu rus qoşunları tərəfindən işğal olunub.

"DM" xəbər verir ki, bu barədə Berdyansk rayon administrasiyası məlumat yayıb.

Məlumata görə, artıq rus texnikaları rayonun müxtəlif ərazilərində görünməyə başlayıb. Rayonun Osipenkovski icmasının sakinlərinin sözlərinə görə, dünəndən etibarən rus hərbçiləri evləri bir-bir gəzərək, mobil telefon axtarıb.

Rusların işğalı zamanı Berdyanskda 1 nəhər həlak olub, 1 nəfər isə yaralanıb.

Artıq Berdyansk polisi buraxılıb. Şəhər rəhbərliyi işğalçılarla işləməkdən imtina edib. Kommunal xidmətlərin bir hissəsi işləyir, nəqliyyat isə dayandırılıb.

Yerli sakinlər gecə ərzində şəhərə texnikaların yerləşdirildiyini deyiblər.

Qeyd edək ki, Berdyansk şəhəri dünən ruslar tərəfindən işğal olunmuşdu.