30 04 2024-cu il Bakı 26 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putin hər şeyi hesablamışdı, bundan başqa…

25.02.2022

Rusiya Prezidenti Vladimir Putin düşmənləri ilə yanaşı, dostlarını da çətin vəziyyətə salıb. Pekin Kremlin işğalçı siyastətinə səssiz qalsa da, həyəcan içindədir. Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilk günündə Çində kömürün qiyməti artıb. Kömür Çində istifadə olunan əsas enerji mənbəyidir. Mütəxəssislərin fikrincə, kömürün qiymətinin yüksəlməsi Çin iqtisadiyyatının digər sahələrinə də mənfi təsir edəcək. Ukrayna ətrafında baş verənlər neftin qiymətinin də artımını sürətləndirib ki, bu da kənardan neft alan Çin iqtisadiyyatına yaxşı heç nə vəd etmir.

Bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya-Ukrayna müharibəsinin iqtisadi təsirləri haqda qeyd edib.

O bildirib ki, Rusiya yaxın gələcəkdə qazı Avropaya sata bilməsə, ümidi Çinə qalacaq. Ancaq Çin tamamən Rusiya qazından asılı vəziyyətə düşmək istəyərmi? Çin bu gün Rusiyanın strateji tərəfdaşıdır, sabah durum dəyişsə, Moskva Avropanı qazla təhdid etdiyi kimi Çini də təhdid etməyəcəkmi?

"Bu arada, ABŞ və Böyük Britanlyanın Rusiya banklarına və oliqarxlarına tətbiq edəcəyi sanksiya qərarı Kreml sahibini düşündürüb. Putin hiyləgər siyasətçidir və bütün planlarını detallarına qədər əvvəlcədən hazırlayır. Putin Ukraynaya müdaxilə planını aylardır hazırlayırdı, bu sırada Kiyevin mühasirəyə alınmasından tutmuş Cernobıl AES-in ələ keçirilməcinə qədər bütün bəndlər çoxdan hazırlanıb. Ancaq Putin hərbi müdaxilədən sonra üzləşəcəyi bütün geosiyasi və iqtisadi riskləri hesablamaq iqtidarında deyil. Ona görə də o, fevralın 24-də Kremldə tələsik yerli biznesmenlərlə görüş keçirdi. Putin onları hökumətlə təmasda işləməyə dəvət etdi. Bu görüş təsadüfi deyildi.

Rusiyanın bank sahibləri və oliqarxları Ukrayna ilə müharibə fonunda böyük maliyyə itkiləriylə üzləşirlər. Onların Qərb banklarındakı şəxsi hesabları dondurulacaq, ABŞ və Avropada yaşayan övladlarını çətinliklər gözləyəcək. Bütün bunlar da Putinin Ukraynaya işğalına görə baş verəcək. Deməli, bir müddətdən sonra bank sahibləri və oliqarxlar Putindən hesab sora bilərlər. Putin bunu qabaqlamaq üçün biznesmenlərlə görüşüb onları sakitləşdirməyə çalışıb. Ancaq müharibə davam etdikcə siyasi və iqtisadi risklər artacaq və bu gün sakit görünən bank sahiblərinin və oliqarxların maliyyə itkiləri böyüyəcək. Bu zaman onlar siyasi proseslərə təsir etməyə çalışacaqlar”, - politoloq deyib.