30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-ın qanlı planı: Rusiya belə tələyə salındı - Video

25.02.2022

Rusiya-Ukrayna savaşının ilk günü arxada qaldı. Rus ordusu bir neçə məntəqəni ələ keçirdi, Ukraynaın bütün aerodromlarına zərbələr endirməyi bacardı, Kiyevə doğru istiqamət aldı.

Ukrayna ordusunun öz imkanlarından daha yüksək səviyyədə müdafiə olunduğu göz önündədir. Ballistik, qanadlı raketlər, 3 istiqamətdən hücum önündə Rusiyanın savaşın ilk günündə uğurlarının məhdudluğu Ukrayna ordusunun zəifliyi yox, gücünü göstərir.

Bu arada AB və G7-nin dərhal toplanması, Baydenin dünyaya müraciəti diqqət çəkir.

Savaşın ilk günü və ilk reaksiyalar nəyi göstərdi?

Qərb, Başda ABŞ olmaqla, son aylar Ukraynaya milyardlarla silah verib. Amma bu silahların içərisində bircə ədəd ən müasir HHM yoxdur.

ABŞ Ukraynanı hava hücumundan qorumaq üçün "Patriot” verə bilərdi. Hətta Ukrayna İsraildən Dəmir Qübbə almaq istəmişdi, onun bu istəyi rədd edildi.

Ukraynaya bircə ədəd strateji raket verilməyib. Qərbin verdikləri gecəgörmə cihazları, zirehli maşınlar, ən yaxşı halda "Javelin”lərdir.

Hə, əsas "Javelin”lər. Ukraynaya külli miqdarda "Javelin”lər verilib. Məqsəd?

Bayden nəyə işarə etdi?

ABŞ lideri Bayden ənənəvi olaraq zəif, dişsiz, gücsüz obrazını davam etdirdi. Sanki "dünən” Putinə zəng edib, Ukraynaya hücum edəcəyi halda Rusiyanı çökdürəcəyi ilə hədələyən və Putini hücuma təhrik edən Bayden deyildi; sanki Rusiyanı aylardır hücuma vadar edən ölkələr deyillər.

Putin ətrafında informasiyanı o qədər daraltdılar ki, Rusiya hücum etməsə - qorxmuş, çəkinmiş sayılacaqdı.

Rusiya qorxmadığını, cəsarətini nümayiş etdirməli idi.

Etdirdi! Qərbə də bu lazımdır.

Baydenin ilk sözü yenə də Ukraynada döyüşmək üçün ordu göndərməyəcəyi oldu. Bu sözü niyə təkrarlayır? Hansı zərurətdən Rusiyaya bu sözü eşitdirir?

Bayden yenə Rusiyanı beynəlxalq bank sistemindən çıxarmadı, bildirdi ki, bu, Ukraynada "situasiyanın” gedişindən asılıdır.

Rusiya sürətlə Krıma quru yolu təmin edir, rus tankları Kiyev vilayətinə daxil olub, 3 istiqamətdən ağır zərbələr endirilir... Daha hansı situasiya olmalıdır ki, ABŞ hərəkətə keçsin?

Baydenin dünənki çıxışı Rusiyanın Ukraynaya hücumu ilə bağlı ABŞ ssenarisinin hələ tam aktivləşmədiyini göstərir. Bir müddət əvvəl öz səfirliyini Lvova köçürən, diplomatların sayını kəskin ixtisar edən, bununla da dayanmayıb, diplomatlarını "gecələmək üçün” Polşaya göndərən və Zelenskiyə də Lvova köçməyi məsləhət görən ABŞ-ın məqsədi nədir?

Əlbəttə ki, bütün vasitələrlə Rusiyanın Kiyevi işğal etməsi əsas hədəfdir.

ABŞ Rusiyanın hər bir halda Kiyevə girməsini və küçə döyüşlərinə başlanmasını, Ukraynada vətəndaş müqavimətinin güclənməsini, açıq və üzbəüz döyüşləri tərcih edir. "Javelin”lər bunun üçündür.

Rusiya mümkün olduğu qədər ballistik, qanadlı raket xərcləməli, qırıcı, helikopter, tank, zirehli maşın itirməlidir; Rusiya ordusu içərilərə daha çox girməlidir ki, itkiləri çoxalsın.

İlkin hesablamalara görə, Rusiya ordusu Kiyevə girəcəyi və burda bir müddət qalacağı halda 45 min əsgər itirməlidir. Bunu da ABŞ kəşfiyyatı rəsmən elan edib.

45 min – ABŞ planları üçün azdır. Rusiya daha çox canlı qüvvə itirməli, Kiyevi işğal etməklə bütün dünyanın gözünü qorxutmalı, bütün qorxmuş güclər ABŞ-ın ətrafında birləşməlidir. Yalnız bundan sonra ABŞ maliyyə gücünü və kəşfiyyatını bu ölkəni dağıtmağa yönəldəcək.

Əsas məqsəd rus ordusunun nəhəng torpaqlara səpələnməsi, gücdən-heydən düşməsidir.

Vaxtilə Hitlerin Reyni almasını alqışlamaqla, Faşist Almaniyasının möhtəşəm ordusunu Avropanın ucsuz-bucaqsız ənginliklərinə dağılmasına və böyük torpaqlarda gücdən düşməsinə təhrik edən siyasət yenidən aktivləşib.

Rusiyanın ABŞ-dan az qala iki dəfə artıq zirehli texnikası və tankı var. Bu texnika maksimum azalmalı, vurulub sıradan çıxmalıdır.

ABŞ bu savaşda Rusiyanın imkanlarını, yeni silahlarını müşahidə etməlidir.

ABŞ Rusiyanın hansı analoqsuz silahlar sahibi olduğunu görməlidir.

Yalnız bundan sonra iqtisadi, siyasi hücum başlayacaq.

Rusiyanın dollar-funtla əməliyyatları məhdudlaşdırıldı; Rusiya hələlik dünyada bahalaşan neftlə qismən bu itkisini kompensasiya edəcək. Ancaq ABŞ dayanmır: dünya neft rezervlərinin və maye qazın Avropaya daşınması üçün hərəkətə başlayır – həm də sakit, həm də "qorxaqcasına”, həm də özünü hürkmüş, Rusiyanın önündə titrəyirmiş kimi göstərməklə.

Çox uzunmüddətli plandır: Rusiya böyük itkilərə məcbur edilir. Yalnız müharibənin ilk günündə Rusiyanın itkilərinin ümumi dəyərini hesablayan varmı? Təkcə 100 ballistik və qanadlı raketin dəyəri nə qədərdir? Bəs, vurulan qırıcı, helikopter, tanklar?

Müharibənin uzanan hər günü Rusiyanın daha çox vəsait itirməsinə səbəb olacaq. Rusiya qaçqınlardan tutmuş, aldığı əraziləri abadlaşdırmaya qədər, hələ daha ağır xərclərin altına girəcək; Rusiya xərclədiyi silahların yerini doldurmalıdır; Rusiya milyardlara başa gələn Şimal Axını-2-nin dəfninə tamaşa etməlidir; Rusiya Avropanın ondan qaz asılılığından necə qurtardığını görməlidir.

Rusiya gücdən düşəndən sonra artıq mobilləşmiş, kollektivləşmiş Qərbin ABŞ liderliyində Çinlə savaşı başlayacaq.

Böyük, uzunmüddətli ssenaridir...

İki slavyan qardaşın qırğını üzərində qurulmuş qanlı bir ssenari... Uduzan dəqiq slavyanlardır.

Udanların kimlər olduğunu yaxın gələcəkdə görəcəksiniz...