02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanın Xarkovdakı fəxri konsulluğu soydaşlarımıza çağırış etdi

24.02.2022

 Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğu soydaşlarımızı silahlı qüvvələrin cəmləşdiyi ərazilərə səfər etməməyə və hərbi obyektlərdən uzaq durmağa çağırır.

"Vətəndaşlarımıza evdə və ya təhlükəsiz yerlərdə qalmalarını, həmçinin zərurət olmadığı halda səfərlərdən çəkinmələrini tövsiyə edirik.

Xüsusi hallarda Azərbaycan vətəndaşları Azərbaycanın Kiyevdəki səfirliyi ilə +380 (73) 5050000 nömrəsi ilə əlaqə saxlaya və [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Həmçinin, Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu ilə +380 (57) 7000531 və [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Vəziyyətdən asılı olaraq, Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğu tərəfindən əlavə məlumat veriləcək.

Hazırda Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğunun bütün əməkdaşları öz iş yerlərindədirlər. Biz vəziyyətin inkişafını diqqətlə izləyirik və eyni zamanda vətəndaşlarımızı Xarkovdan necə təxliyə edə biləcəyimizi müəyyənləşdirməyə çalışırıq”, - deyə konsulluqdan bildirilib.