03 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kiyev Ankaradan Rusiyanın Bosfor və Dardanel boğazlarına girişini əngəlləməsini istədi

24.02.2022

Ukraynanın Türkiyədəki səfiri Vasili Bondar Ankaradan Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməsini məhdudlaşdırmağı xahiş edib.

Bu barədə "Yeni Şafak” qəzeti xəbər yayıb.

Bondar müraciətində Ukraynaya dəstək olunmasını istəyib.

"Türkiyə rəhbərliyinə müraciət edirəm, xahiş edirəm, bizə kömək edin. Dardanel boğazının bağlanmasını tələb edirik. Rusiya tərəfinə qarşı sanksiyaların tətbiq olunmasını istəyirik. Biz burada Rusiyanın səhmlərinə həbs qoyulmasını tələb edirik. Müdafiə silahlarının verilməsi ilə bizə veriləcək dəstək də önəmlidir”, - deyə səfir bildirib.

Qeyd edək ki, bir gün əvvəl Bondar "Reuters” agentliyinə Ukraynaya qarşı hərbi əməliyyatlar başlayacağı təqdirdə Ankaraya belə bir müraciət ünvanlayacaqlarını bildirmişdi. Diplomatın sözlərinə görə, Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri Kiyev üçün böyük təhlükə yaradır.