27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kiyevdə yaşayan azərbaycanlı: “Küçələrdə tıxacdır, hamı çamadanlarını yığır”

24.02.2022

 Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Donbas vilayətində xüsusi hərbi əməliyyat keçirilməsi barədə xalqa müraciət edib.

Artıq Ukraynaya qarşı hərbi əməliyyatlar başlayıb.

Ukraynanın Kiyev şəhərində yaşayan həmvətənimiz Salman Rəhimli Oxu.Az-a açıqlamasında bildirib ki, səhər saat 05:15 radələrindən şəhərdə partlayış səsi eşidilib:

"Bildiyim qədər ilə, Rusiya Ukraynada strateji obyektləri vurur. Artıq Ukrayna ərazisində Rusiyanın hərbi texnikası görülüb. Demək olar ki, hər yerdən partlayış səsləri eşidilir”.

O qeyd edib ki, Kiyevdə küçələr tıxacdır:

"Marketlərin qarşısında insanların uzun növbəsi yaranıb. Hamı çamadanlarını yığır. Mən neçə dəfə getsəm də, bankomatdan pul çəkə bilməmişəm”.

S.Rəhimli qeyd edib ki, onların Ukraynadan təxliyə məsələsi ilə bağlı hər hansı bir məlumat yoxdur.