27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynada neçə mülki şəxs öldürülüb? - RƏSMİ AÇIQLAMA

24.02.2022

Ukrayna daxili işlər nazirinin müavini Anton Geraşenko Rusiyanın hücumları nəticəsində həyatını itirən və yaralanan ukraynalıların sayını açıqlayıb.

Anton Geraşenko bu barədə məlumatı özünün "Facebook” səhifəsində yerləşdirib.

Rəsmi məlumatda qeyd olunur ki, Odessa vilayətinin Podolsk şəhərinə edilən hava hücumları nəticəsində 6 nəfər ölüb, 7 nəfər yaralanıb. 19 nəfər itkin düşmüş hesab edilir.

Donetsk vilayətinin Mariupol şəhərinin atəşə tutulması nəticəsində isə bir mülki şəxs ölüb, iki nəfər yaralanıb.

Konotop rayonunda isə minik avtomobili atəşə tutulub, nəticədə ana və onun azyaşlı uşağı müxtəlif dərəcəli bədən xəsarəti alıblar.