28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sumqayıt-Bakı yolunda nəqliyyatın hərəkəti iflic oldu

24.02.2022

Bakı Nəqliyyat Agentliyi paytaxtda müşahidə edilən tıxacla bağlı açıqlama verib. 

Qurumdan bildirilib ki, hazırda Bakı-Sumqayıt şosesində Xırdalan dairəsi istiqamətindən başlayaraq, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısına qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Bu səbəbdən də həmin ərazidən keçən 2, 7A, 13, 14, 18, 29, 37, 65, 83, 92, 96, 114A, 114B, 135, 199 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda gecikmələr müşahidə olunur.

BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, ilkin məlumata əsasən, yük avtomobili nasaz vəziyyətdə yolun hərəkət hissəsində qalıb:

"Ümumiyyətlə, avtomobillərin texniki sazlığına nəzarət gücləndirilməlidir. Gün ərzində onlarla avtomobil texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalır”.