Belarus ordusu da Ukraynaya hücuma keçdi  
    
                          
     
                         24.02.2022
 
    
                        Bu gün səhər saat 5-də Ukraynanın Rusiya və Belarusla dövlət sərhədi Belarusun dəstəklədiyi rus qoşunları tərəfindən hücuma məruz qalıb.
Bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
"Sərhəd birləşmələrinə, sərhəd dəstələrinə və buraxılış məntəqələrinə hücumlar artilleriya, ağır texnika və atıcı silahlardan istifadə etməklə həyata keçirilir”, - məlumatda qeyd olunub.