28 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya müharibəyə başladı: Kiyev qanadlı raketlərlə vurulur

24.02.2022

Ukraynanın paytaxtı Kiyev şəhərindəki strateji obyektlərə qanadlı və ballistik raketlər atılır.

"Devran Media" xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.

Onun sözlərinə görə, Kiyev və Xarkova raketlər atılıb.

"Hücum başlandı. İndicə Kiyev və Xarkovdakı hərbi mərkəzə raket zərbələri oldu. Sərhəddə artilleriya atışları gedir. Bu gündən dünyada yeni geosiyasi reallıq yarandı. Ya Ukrayna, ya da dünya yeni Hitleri dayandıracaq”, - Geraşenko bildirib.

Bundan başqa, Kiyevin Borispol hava limanı yaxınlığında partlayış səsləri eşidilir.

Borispol şəhərinin meri Vladimir Borisenko bildirib ki, Kiyev yaxınlığındakı partlayışlar səsləri hava hücumundan müdafiə vasitələrinin PUA-lara qarşı zərbələri idi.

"Rahat olun. Bunu bizim ordu edir. Hər şey nəzarət altındadır”, - Borisenko bildirib.