28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrəvanda azərbaycanlı deputatlara hücuma cəhd edən daşnaklar cəzalandırılacaq

23.02.2022

Ermənistan polisi ötən gün azərbaycanlı deputatların qaldığı hotelə soxulmağa cəhd edən 25 nəfərə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açıb.

Erməni mənbələrinin məlumatına görə, bu barədə vəkil Benik Qalstyan xəbər verib.

"Qərara əsasən cinayət işi açılıb, adıçəkilən 25 nəfər xuliqanlıq edib”, - deyən hüquq müdafiəçisi saxlanılan şəxslərin öz qanunsuz əməllərinə polis idarəsində davam etdiyini bildirib.

Qeyd edək ki, azərbaycanlı deputatların qaldığı hotelə hücum edənlər Ermənistanın radikal millətçi "Daşnaksütyun” Partiyasının üzvləri olub.