02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğandan İrəvan açıqlaması: Bakı ilə birgə...

23.02.2022

Bilirsiniz, mən artıq dedim ki, Ermənistanın atdığı müsbət addımlara biz də eyni şəkildə cavab verəcəyik. Bu bölgəyə sülh, sabitlik və firavanlıq lazımdır. Biz bu anlayışla ölkəmizlə Ermənistan arasında normallaşma prosesinin başlaması üçün səmimi səy göstərdik.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan Prezidenti, qardaşım İlham Əliyev də bunu faydalı hesab edir. Biz Ermənistanın bizimlə normallaşmaq istəyindən məmnunuq. Bu prosesi həyata keçirmək üçün qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin etdik və onlar yanvarın 14-də Moskvada ilk iclaslarını keçirdilər. Fevralın 24-də bu dəfə Vyanada görüşəcəklər.

Onu da bilirik ki, Ermənistanın sərhədlərin açılması, diplomatik münasibətlərin qurulması kimi konkret gözləntiləri var. Əgər Ermənistan xüsusi nümayəndələrlə başlanan prosesi davam etdirmək əzmindədirsə, bizim qapıları bağlı saxlamağımızdan söhbət gedə bilməz. Biz də bəşəri münasibətləri gücləndirmək üçün aramızda birbaşa uçuşları bərpa etmək qərarına gəldik. Bu ayın əvvəlindən İstanbul və İrəvan arasında qeyri-müntəzəm reyslər açılıb. Biz Ermənistandan müsbət yanaşmanın davamını gözləyirik. Türkiyə ilə Ermənistan arasındakı bu çətinlikləri "Altılıq platforması” (3+3) yaratmaqla aradan qaldıracağımızı söylədik. Bu platformanın açılmasının tərəfdarıyıq. Təbii ki, bütün bunlar boşluqda baş vermir. Bu mənada Azərbaycan-Ermənistan münasibətləri və Türkiyə-Ermənistanın normallaşma prosesi bir-birini dəstəkləməklə inkişaf edə bilər. Eynilə, bizim regional əməkdaşlıq ideyamız bu ikitərəfli prosesləri dəstəkləyəcək. Bu tarixi fürsətdən səmərəli istifadə etmək üçün hər kəs konstruktiv fəaliyyət göstərməlidir. Bütün bu prosesləri indiyə qədər etdiyimiz kimi, bundan sonra da Azərbaycanla sıx koordinasiyada həyata keçirəcəyik”, - Ərdoğan bildirib.