Bakı-Qazax yolunda qəza olub, 10-a yaxın şəxs xəsarət alıb  
    
                          
     
                         23.02.2022
 
    
                        Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, mikroavtobusla minik maşınının toqquşması nəticəsində 10-a yaxın şəxs xəsarət alıb. Hadisə zamanı xəsarət alanlar təcili tibbi yardım maşınları ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.