İsrail lideri Türkiyə səfərindən danışdı 
    
                          
     
                         23.02.2022
 
    
                        Gələn ay Aralıq dənizi qonşularımız Yunanıstan, Kipr və Türkiyəyə baş çəkəcəyəm, onların liderləri ilə görüşəcəyəm.
"DM" xəbər verir ki, bunu İsrail Prezidenti İshaq Hersoq iqlim konfransında deyib.
O, həmçinin Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və fələstinlilər ilə iqlim böhranını həll etmək üçün regional tərəfdaşlıq qurmaq istədiyini vurğulayıb.
Qeyd edək ki, İsrail Prezidenti İshaq Hersoq 9-10 mart tarixlərində Türkiyəyə səfər edəcək.