02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Rusiyadan yeni müasir silahlar alacaq

23.02.2022

 Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq səviyyəsi inkişaf etdiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin  fevralın 22-də Kremldə imzaladığı "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin 14 və 15-ci bəndləri belə deməyə əsas verir.

2018-ci ilin məlumatlarına əsasən, Azərbaycanın Rusiyadan tədarük etdiyi silahların maliyyə dəyəri 5 milyard dollar olub.

Azərbaycanın Ermənistan üzərindəki qələbəsindən sonra Cənubi Qafqazda yaranan reallıq bəzi təhlükəsizlik riskləri doğurur.

Azərbaycan Vətən müharibəsində qazandığı təcrübə əsasında bu risklərin dəf edilməsi üçün hərbi tədbirlər görür.

Həmin addımlar sırasında Azərbaycanın ordu arsenalını daha müasir silahlarla zənginləşdirmək prioritetləri dayanır.

Bu mənada Azərbaycanın beynəlxalq silah bazarlarında alternativlər axtarması və mövcud əməkdaşlıqları dərinləşdirməsi başadüşüləndir.

Moskva Bəyannaməsinin 15-ci bəndi isə Azərbaycanla Rusiyanın hərbi təyinatlı məhsulları birgə istehsalı üçün zəmin yaradır.

Ancaq hələlik bunun hansı fazada olacağını söyləmək çətindir. Eyni zamanda Azərbaycanın Rusiyadan hansı müasir silahları idxal edəcəyi də dəqiq deyil.

Bu məsələlər üçün əlavə müzakirələrə ehtiyac var.