02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya XİN erməni təxribatının ocağıdır

23.02.2022

Azərbaycanla Rusiyanın yaxınlaşmasını istəməyən erməni lobbisinin nümayəndələri Rusiyada müxtəlif dövlət vəzifələrində təmsil olunurlar. Rusiya XİN-in Türkmənçayla bağlı açıqlamasına da bu aspektdən yanaşmaq mümkündür. Sözügedən təhrif olunmuş açıqlamanın verilməsində həmin şəxslərin rolu ola bilər.

Bu sözləri Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri Telman Nüsrətoğlu Rusiya XİN-in Türkmənçay müqaviləsi ilə bağlı bəyanatında İrəvan xanlığı və Naxçıvanı "Şərqi Ermənistan” kimi təqdim etməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, Rusiya XİN-in bu bəyanatı dünən Moskvada imzalanan bəyannamənin də ruhuna ziddir:

"Ermənistan proyekt-dövləti 1828-ci ildən sonra Çar Rusiyasının Cənubi Qafqazı mərhələli şəkildə işğalı prosesində qurulub. Həmin dövrdə İrəvan xanlığı artıq işğal altında idi və bu ərazilərə ermənilərin kütləvi köçü də Türkmənçay müqaviləsinə salınmışdı. Məqsəd Osmanlı imperiyası ilə Qafqaz türkləri arasında "bufer” yaratmaq və Türkiyə ilə Azərbaycanı bir-birindən ayırmaq idi.

Bütün bunları Rusiya XİN çox gözəl bilir, ən azı, Türkmənçay müqaviləsinin orijinalının saxlanıldığı qurumdur. Hesab edirəm ki, bu, həm də ötən gün imzalanan Moskva Bəyannaməsinə qarşı bir təxribatdır. Bu bəyannaməyə ermənilərin münasibətinin necə mənfi olduğunu erməni siyasətçilər açıq büruzə verirlər. Görünür, Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik müstəvisinə keçməsinin Qarabağın rus ordusunun müvəqqəti məsuliyyət dairəsində olan hissəsinin də taleyini qısa müddətdə həll edəcəyindən doğan narahatlıq səbəbindən bu təxribatları törədirlər.

Rusiya XİN-in ermənipərəst mövqeyi isə hər zaman müşahidə edilib. Ermənilər öz təxribatlarını Rusiyada əsasən bu nazirlik vasitəsilə tirajlayırlar