02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

AB sanksiya tətbiq etdi: Şoyqu, Zaxarova, Simonyan...

23.02.2022

Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar siyahısına separatçı qurumların tanınmasının təşəbbüskarları olan 351 deputat, eləcə də 24 fiziki və 3 hüquqi şəxs ("Rusiya”, VEB və "Promsvyazbank” bankları) daxil edilib.

"DM" xəbər verir ki, bu barədə "Azadlıq” radiosu Avropa Komissiyasındakı mənbələrinə istinadla məlumat yayıb.

Sanksiya tətbiq edilənlər arasında müdafiə naziri Sergey Şoyqu, Rusiya Prezident Administrasiyasının rəhbəri Anton Vayno, çoxlu sayda hərbçi, Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy, Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova, RT telekanalının rəhbəri Marqarita Simonyan, teleaparıcı Vladimir Solovyov da var.

Sanksiyalar həmin şəxslərin aktivlərinin dondurulmasını, onların AB üzvü olan ölkələrə girişinə qadağa qoyulmasını nəzərdə tutur.