02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Daha çox hansı dövlət qurumlarında əsassız ödənişlərə yol verilib

23.02.2022

2021-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılmış nəzarət tədbirləri ilə yerli icra hakimiyyəti orqanlarında tikinti, sosial müdafiə və sosial təminat, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə daha çox artıq və əsassız ödənişlərə yol verildiyi aşkar edilib.

Bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən məlumat verilib.

Daha çox maliyyə pozuntularına yol verən vəzifəli şəxslərin icra etdiyi səlahiyyətlər barədə də Nazirlikdən açıqlama verilib. Bildirilib ki, ümumilikdə bir təşkilatda 2004-cü ildən, qalan təşkilatlarda isə 2015-ci ildən 2021-ci ilədək olan dövrü əhatə edən nəzarət tədbirləri zamanı bəzi yerli və mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri (əsasən təmir-tikinti və material qiymətlərinin satın alınması sahələrinə rəhbərlik edən vəzifəli şəxslər, mühasiblər və digər müvafiq mütəxəssislər) tərəfindən daha çox nöqsanlara yol verildiyi aşkar edilib. Daha ciddi nöqsanlar aşkar edilmiş və yoxlama materialları hüquq-mühafizə orqanlarına göndərilmiş təşkilatlar üzrə məsuliyyət daşıyan şəxslər istintaq orqanları tərəfindən müəyyən edilir.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən ümumilikdə 144 nəzarət obyektində aparılmış tədbirlər nəticəsində 103,6 mln manat məbləğində artıq və əsassız ödənişlərə yol verilməsi aşkar edilib. 

Nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na uyğun olaraq müvafiq protokollar tərtib edilib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1-ci və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 108 nəfər vəzifəli şəxsə 82 min manat məbləğində cərimələr tətbiq edilməklə dövlət büdcəsinə ödənilməsi təmin olunub.