Şuşada konservatoriya bərpa oluna bilər  
    
                          
     
                         23.02.2022
 
    
                        Şuşada konservatoriyanın bərpası ilə bağlı təkliflər var.
Bunu mədəniyyət naziri Anar Kərimov "Yaradıcı sənayedə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirədə deyib.
Onun fikrincə, Şuşanın ənənələri özünə qayıtmalıdır:
"Müəssislərimiz bərpa edilməlidir. Şuşanın Baş Planı hazırlanır və mədəniyyət mərkəzlərinin bərpası Baş Planda yer alıb".