02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Metronun iş rejimi "Qarabağ"a görə uzadıldı

23.02.2022

"Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel" klubu ilə qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar Bakı Metropoliteni QSC-yə metropolitenin iş rejimində dəyişiklik edilməsi barədə müraciət ünvanlayıb.

 Məlumata görə, müraciəti və bu qarşılaşmanın Azərbaycan futbolu tarixində əhəmiyyəti nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyənlər azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edilib.

"Gənclik”, "Nəriman Nərimanov” və "28 May” stansiyaları fevralın 24-dən 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.