02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

TƏBİB-də yeni TƏYİNAT

22.02.2022

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olunub.

İnstitutun direktoru vəzifəsini tanınmış ortoped-travmatoloq Elviz Qasımov icra edəcək. 

Vüqar Qurbanov yeni direktoru kollektivə təqdim edib. 

Səhiyyə sahəsinin yeni çağırışlara uyğun inkişafı, tətbiq edilən icbari tibbi sığortaya tibb müəssisələrinin surətli adaptasiyası məqsədilə özəl sektorlarda çalışmış kadrların tabeli xəstəxanalara inteqrasiyası səhiyyə sahəsinə yeni çağın başlanması kimi qiymətləndirilir.

Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov Elviz Qasımovun səhiyyə sahəsindəki uzunmüddətli və səmərəli idarəçilik təcrübəsinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun müasir tələblərə uyğun olaraq daha da inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edəcəyinə əmin olduğunu bildirib. 

Məlumat üçün qeyd edək ki, Elviz Qasımov Türkiyə Cümhuriyyətinin Hacettepe Universitetinin (Ankara) Tibb fakültəsini (ingiliscə) bitirib. Daha sonra isə, Mərmərə Universiteti Xəstəxanası (İstanbul) Ortopediya və Travmatologiya Kafedrasında Tibdə Uzmanlıq təhsili alıb. 

İxtisasca Ortoped olan E.Qasımov Mərkəzi Klinikanın Ortopediya, Travmatologiya, İdman Həkimliyi və Fizioterapiya şöbəsinin müdiri kimi çalışır.