01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni xalqını aldadaraq gələcəklərini əllərindən alırlar - VİDEO

22.02.2022

Azərbaycanın 44 günlük Qarabağ zəfəri Ermənistanın komada olan iqtisadi-sosial vəziyyətinə ağır zərbə oldu. Lakin görünən odur ki, hakimiyyət üçün əhalinin yaşayış səviyyəsi, ölkənin dirçəldilməsi yox, ipini tutanların əmrlərinin yerinə yetirilməsi maraqlıdır. Ölkə daxilində bəzi qüvvələr insanların hisslərindən istifadə edərək Azərbaycandan düşmən obrazı yaradıb, bizə qarşı nifrət hissini körükləməyə çalışır. Bu vəziyyətdən isə əziyyət çəkən yalnız erməni xalqıdır.

Prezident İlham Əliyevin də bildirdiyi kimi, Qarabağ artıq Ermənistan üçün yoxdur. Ermənilər bu reallığı nə qədər tez qəbul etsələr, gələcək mövcudiyyətləri üçün bir o qədər xeyirli olar. Ekspertlər də bildirirlər ki, ermənilərin məğlubiyyətlərindən dərs çıxarmayıb, başqa xəyallara düşməsi, onlar üçün daha ağır nəticələnə bilər.

Artıq regionda yeni reallıqlar yaradan Azərbaycan üçün perspektivdə dayanan əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır. Bununla da təkcə ölkəmiz yox, region üçün böyük imkanların qapısı açılacaq.