01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıya daha 50 yeni avtobus gətirildi

22.02.2022

Paytaxta daha 50 ədəd yeni avtobus gətirilib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, ötən dövrdə paytaxta 1000-dən artıq avtobus gətirilib.

Sərnişindaşıma tələblərinə tam cavab verən bu avtobusların 67%-i CNG (sıxılmış təbii qaz) mühərriklidir.

"Sərnişindaşımada xidmət keyfiyyətinin artırılmasında özəl daşıyıcı şirkətlər də maraq göstərməkdədir. Belə ki, "Xaliq Faiqoğlu” şirkəti qardaş Türkiyənin "OTOKAR Savunma Sanayi A.Ş.”dən müasir emissiya standartlarına tam cavab verən avtobuslar alır. Alınması nəzərdə tutulan 120 ədəd iritutumlu nəqliyyat vasitələrinin 50 ədədi artıq Bakı şəhərinə gətirilib. Müasir ödəniş cihazları quraşdırılan avtobuslar 23 fevral tarixindən müvafiq müntəzəm marşrut xətləri üzrə sərnişinlərin xidmətinə veriləcək. Yeni avtobusların 2 ədədi 18,7 m olmaqla, qoşqulu - 4 qapılı nəqliyyat vasitəsidir ki, bu da pik saatlarda sərnişin axınının yüksək olduğu istiqamətlərdə insanların rahat və təhlükəsiz daşınmasında xüsusi rol oynayacaq. Avtobus parkının yenilənməsi ilə yanaşı, "Xaliq Faiqoğlu” şirkətinə məxsus yeni istehsalat bazası da istifadəyə verilib. İctimai nəqliyyat infratstrukturun müasirləşdirilməsi baxımından əhəmiyyət kəsb edən bazada eyni vaxtda 200-ə qədər iritutumlu avtobusun park edilməsi mümkündür. Nazirlər Kabinetinin 73 saylı müvafiq qərarı ilə təsdiqlənmiş norma və standartalara cavab verən istehsalat bazasında avtobuslara texniki xidmətin göstərilməsi üçün zəruri şərait yaradılıb", - məlumatda deyilir.