01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

FHN “Bakı Kristal Zalı” kompleksində təlim keçirib - VİDEO

22.02.2022

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti fevralın 21-də paytaxtın Səbail rayonu ərazisində yerləşən "Bakı Kristal Zalı” kompleksində yanğın-taktiki təlim keçirib.

"DM" FHN-in saytına istinadən xəbər verir ki, təlimin keçirilməsində məqsəd baş verə biləcək yanğın zamanı obyektin müvafiq heyətinin zəruri davranış qaydaları barədə bilik və bacarıqlarının artırılması, yanğınsöndürmə qüvvələrinin operativ qaydada əməliyyat şəraitinin qiymətləndirilməsi və yanğının dərəcəsi barədə müvafiq qərarın qəbul olunması, yanğınla effektli mübarizə məqsədilə həlledici döyüş istiqamətinin müəyyənləşdirilməsi, yüksək saylı çağırışla cəlb olunan texnikaların qarşılanması və yönləndirilməsi, rabitə və arxa sahənin təşkil olunması, yanğınla mübarizə tədbirləri zamanı texniki təhlükəsizlik qaydalarına riayət edilməsi və döyüş hərəkətlərinin aparılması qaydaları üzrə vərdişlərinin təkmilləşdirilməsi olub.

Şərti yüksək saylı çağırışla təlimə cəlb olunan Bakı şəhərinin Səbail, Yasamal, Nəsimi və 1 saylı Xüsusi Təyinatlı Yanğından Mühafizə hissələrinin qüvvə və vasitələri tərəfindən şərti olaraq köməksiz vəziyyətdə qalmış insanlar xüsusi vasitələrdən istifadə edilməklə "xilas olunub”, baş vermiş "yanğın” qısa müddətdə "tam söndürülüb”.


Uğurla keçirilmiş təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

Təlimdən sonra Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə qərargahının rəisi daxili xidmət polkovniki Xudat Nəbiyevin iştirakı ilə əməkdaşların yanğının söndürülməsi zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.