04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Danielyan: Əliyev və Putin İrəvanın taleyini həll edir

22.02.2022

 Azərbaycan Baş Prokurorluğunun Ermənistanın keçmiş rəhbərlərini axtarışa verməsi, İlham Əliyevin Moskvada müttəfiqlik sazişi ilə nəticələnəcək qarşıdakı danışıqları Bakının fəal xarici siyasətini nümayiş etdirir. Bundan fərqli olaraq, rəsmi İrəvan bu müddət ərzində xarici arenada heç nə öhdəsinə götürə və təklif edə bilməyib.

"DM" xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Danielyan deyib.

Danielyan qeyd edib ki, son illər təşəbbüskar yalnız Azərbaycan olub.

"Bakı qarşısına vəzifələr qoyur, bunun üçün müəyyən addımlar atır, hərəkətlər edir. Siyasət yürütmək üçün qarşıya məqsəd qoymaq, fəaliyyətə başlamaq, uyğun situasiya yaratmaq və nəticə əldə etmək lazımdır. Ermənistanın indiki hakimiyyəti bu müddət ərzində heç nə etməyib və edə bilməyib. Təbii ki, bu səbəblərdən istənilən halda güzəştə getmək məcburiyyətində Ermənistan olacaq”, - deyə o bildirib.

Erməni ekspert əlavə edib ki, bu vəziyyət Ermənistanda siyasətlə məşğul olan insanların olmamasından yaranıb:

"Bu halda Putin və Əliyev siyasətin subyektləridir və bir obyekt (Ermənistan nəzərdə tutulur - red.) var ki, onun ətrafında razılığa gəlməlidirlər. Putin yalnız obyektə zəng edib, nə barədə razılaşdıqlarını bildirəcək. Təşəkkür etmək lazımdır ki, heç olmasa, zəng edib məlumat verirlər”.