29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıdan deputatlar getdi, ermənilər yolu bağladı

21.02.2022

Qarabağda döyüşən 100-ə yaxın erməni Ermənistan- Türkiyə münasibətlərinin normallaşması prosesinə etiraz olaraq İrəvanın Zvartnots hava limanına gedən yolu bağlayıblar.

"DM" erməni mətbuatına istinadla xəbər verir ki, aksiyanın keçirildiyi ərazidə çoxlu sayda avtomobil yığılıb, polislə toqquşmalar var.

"Azərbaycanlı deputatlar Ermənistana gəliblər, Türkiyə ilə resylər açılıb. Bəs, bizim Qarabağda ölən uşaqlarımız necə olsun?” - aksiya iştirakçıları bildiriblər.

Aparılan danışıqlardan sonra avtomobillərin hərəkəti qismən təmin olunub, lakin vəziyyət hələ də gərgin olaraq qalmaqdadır.

Qeyd edək ki, sabah İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək. İclaslarda AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov da iştirak edəcək