29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev: "Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir"

21.02.2022

Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 21-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Avropa İttifaqı ilə Azərbaycan arasında konstruktiv dialoqun mövcud olduğunu söyləyən dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə müntəzəm dialoq apardığını xatırladıb. Prezident İlham Əliyev Prezident Şarl Mişelin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına töhfəsini müsbət qiymətləndirdiyini vurğulayıb.