29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan və Rusiya arasında yeni sənədlər imzalanıb

21.02.2022

Bu gün Bakıda keçirilmiş və Rusiyanın Udmurtia bölgəsinin ixrac və investisiya potensialının təqdimatına həsr edilmiş tədbirdə iki ölkə arasında bir sıra sənədlər imzalanıb.

"DM " xəbər verir ki, bunlardan biri İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Udmirtianın "İnkişaf Konsepsiyası" qurumu arasında imzalanmış əməkdaşlıq sazişidir.

Digər sənəd isə Udmirtianın "Dostluq" Azərbaycan İctimai Mərkəzinin Regional İctimai Təşkilatı ilə Azərbaycanın Rus icması arasında əməkdaşlığa dair sazişdir.