29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Onları Paşinyanın aqibəti gözləyir - Mixaylov

21.02.2022

Münaqişənin sülh yolu ilə həll olunma imkanlarıı həmişə "X zamanı”na qədər olur. "X zamanı” dedikdə açıq münaqişəyə dəqiqələr qalmış vaxtı nəzərdə tuturam. Məncə, ABŞ Ukrayna prezidentini öz xalqına qarşı müharibəyə başlamağa inandıracaq və bu, yəqin ki, Ukrayna dövlətçiliyinin sonu olacaq.

Bu fikirləri rusiyalı ekspert Yevgeni Mixaylov bildirib.

"Müharibə ən azından Ukraynanın bugünkü siyasi vəziyyətinin sonuna gətirib çıxaracaq. Ukrayna və Rusiya xalqlarına müharibə lazım deyil, amma aydındır ki, Ukrayna prezidentinin Qərb tərəfdaşları başqa cür düşünürlər. Zelenskinin son bəyanatları yalnız dünya oyunçuları tərəfindən onun siyasətçi kimi peşəkar keyfiyyətlərinin tənqidinə gətirib çıxarır. O, sülhdən danışır, amma silahları partladır. O, Ukraynanın nüvə silahına ehtiyacı olduğunu deyir.

Mən belə deyərdim – Zelenskinin üzərində millətlərin barışıq məsuliyyəti durur. Bu çətindir, amma mümkündür. Əks təqdirdə, onun aqibətini təxmin edə bilərəm - müharibə acınacaqlı nəticələrə gətirib çıxaracaq. Paşinyanı yada salın”, - deyə müsahibimiz qeyd edib.