29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

1969-da Ali Sovet bu torpaqları ermənilərə vermişdi - Video

21.02.2022

1968-ci ildə ermənilər Naxçıvanın Ermənistana bağlanan Sədərək rayonu ərazisindən bir qism torpaqlar, Ordubad ərazisindən Mehriyə bağlanan torpaqlar, Gədəbəy rayonunun Tağlar kəndi, Qazax, Qubadlı və Laçın rayonlarında olan torpaqlara qarşı ərazi iddiası irəli sürmüşdülər.

"DM" xəbər verir ki, bu tarixi faktla bağlı ulu öndər Heydər Əliyevin çıxışı AzTV-nin "Jurnalist araşdırması" verilişində yayımlanıb.

Süjetdə ümummilli lider hansı ərazilərin Azərbaycandan qoparılıb Ermənistana verildiyini, bunun qarşısının alınması üçün hansı addımları atdığını açıqlayır. Hətta 1969-cu ilin may ayında Azərbaycan Ali Sovetinin bu torpaqların verilməsi ilə bağlı qərarını iyun ayında birinci katib seçilən kimi dayandırdığını da xatırladıb.

Ermənistanın əsassız ərazi iddialarından, 1920-ci ildən Azərbaycandan ermənilərə verilən ərazilərdən də Ümummilli lider ətraflı bəhs edib.

Həmin kadrları təqdim edirik: