02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Energetika naziri GECF-in Qətərdə keçiriləcək tədbirlərində iştirak edəcək

21.02.2022

Energetika naziri Pərviz Şahbazov Qətərin enerji məsələləri üzrə dövlət naziri Saad Şerida al-Kaabinin dəvəti ilə bu ölkəyə səfər edib.
"Devran Media" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, nazir bu gün və sabah paytaxt Dohada keçiriləcək Qaz İxrac edən Ölkələr Forumunun (GECF) Nazirlər İclasında, GECF-in dövlət və hökumət başçılarının 6-cı Sammitində iştirak edəcək.

GECF-in toplantılarında qlobal qaz bazarının mövcud vəziyyəti, inkişaf perspektivləri və qaz ixrac edən ölkələr arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək. P.Şahbazovun hər iki tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.