01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kəlbəcərdə astronomik stansiya qurulacaq

18.02.2022

Bizim təkliflərimiz əsasında gələcəkdə işğaldan azad edilmiş zonada yeni astronomik stansiya qurulacaq. Azad olunmuş torpaqlarda infrastruktur qurulduqdan sonra işə başlanılacaq.

Bunu Trend-ə AMEA Şamaxı Astorfizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov bildirib.

Onun sözlərinə görə, astronomik stansiyanın yerinin dəqiqləşdirilməsi üçün bir il tədqiqat aparılmalı, xüsusi iqlim zonası seçilməlidir. Astronomik stansiyanın Kəlbəcərdə qurulacağını planlaşdırırıq. Stansiya Kəlbəcərdə hündür və əlverişli yüksəkliklərdən birində qurulacaq. Çünki stansiya 3000 metrdən yüksəklikdə yerləşməlidir. Belə yüksəkliklər Kəlbəcərdə mövcuddur.