29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistanda prezident seçkilərinin vaxtı bəlli oldu

18.02.2022

 Ermənistanın hakim "Vətəndaş sazişi” fraksiyası artıq martın 3-də prezident seçkilərini təşkil edə bilər.

Martın 1-də Ermənistan parlamentinin növbəti sessiyası öz işinə başlayacaq. Həmin həftə ərzində, daha dəqiqi isə məhz martın 3-də prezident seçkisinin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, "Vətəndaş” sazişinə namizədi Vaaqn Xaçatryanın seçilməsi üçün 81 səs lazımdır. Parlamentdə isə fraksiya üzvlərinin sayı 71-ə bərabərdir. Hakim partiya bu məsələnin həlli üçün müxalifətə müraciət etsə də, mənfi cavab alıb.

Beləliklə, prezident seçkilərinin böyük ehtimalla ikinci tura saxlanılacağı vurğulanır. Bu zaman V.Xaçatryanın seçilməsi üçün cəmi 64 səs kifayət edəcək. Martın ilk on günlüyündə prezident seçildikdən sonra həmin ayın 15-də prezidentin inauqurasiyasının keçirilməsi nəzərdə tutulur.

Mənbə: Joxovurd