29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şuşa və Ağdama çəkiləcək qaz xətlərinin marşrutları və dəhlizləri müəyyən edilib

18.02.2022

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Şuşa və Ağdama çəkiləcək qaz xətlərinin marşrut və dəhlizlərini müəyyən edib.

"DM” xəbər verir ki, bunu "Azəriqaz"ın Yeni Qazlaşma və İnkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib.

Onun sözlərinə görə, artıq layihə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub.

"Buna paralel olaraq layihələndirmə işləri də aparıırıq. Ağdam şəhəri üzrə layihələndirməni gələn ay yekunlaşdırmağı planlaşdırırıq. Şuşa şəhəri üzrə layihələndirmə isə müəyyən qədər vaxt aparacaq. Dövlətin qərarı olduqdan və maliyyələşmə məsələləri həll edildikdən sonra artıq bilavasitə şəhərdaxili qaz şəbəkəsi yaradılacaq", - deyə T.Cəfərov əlavə edib.