29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Eyvazov generalı yüksək vəzifəyə təyin etdi

18.02.2022

Bakı Şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini polis general-mayoru Zaur Abdullayev tutduğu vəzifədən azad edilib.

Bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə o, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Onun yerinə isə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis polkovniki Sərdar Səfərov təyin edilib.

Qeyd edək ki, daha əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin rəisi general-mayor Mirqafar Seyidov idi. O, bir neçə gün əvvəl təqaüdə göndərilib.